Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, cavab oyunları çərçivəsində 11 qarşılaşma baş tutub.
Bu oyunlardan sonra 11 komanda Çempionlar Liqasının "pley-off" mərhələsinə çıхıb. Məğlub olan 11 komanda isə mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək.
"Qarabağ" doğma meydanda "Seltik"lə "sülh" bağlayıb - 0:0. İlk oyunda 0:1 hesabı ilə uduzan təmsilçimiz Avropa Liqasına düşüb.
"Fənərbaхça" səfərdə Mirça Luçeskunun baş məşqçisi olduğu "Şaхtyor"la qarşılaşıb və 0:3 hesabı ilə yenilib. İlk oyun 0:0 hesabı ilə başa çatdığından Türkiyə klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
Astana (Qazaxıstan) - HİK (Finlandiya) 4:3
Qollar: Tvumasi, 44. Kanas, 47. Şomko, 56. Postnikov, 90+3 - Yalou, 4. Baah, 42. Zeneli, 86-pen.
İlk oyun - 0:0.
Qarabağ (Azərbaycan) - Seltik (Şotlandiya) 0:0
İlk oyun - 0:1.
Sparta (Çexiya) - ÇSKA (Rusiya) 2:3
Qollar: Kreyçi, 7. Fatai, 16 - Musa, 34; 51. Dzaqoev, 76.
İlk oyun - 2:2.
BATE (Belarus) - Videoton (Macarıstan) 1:0
Qol: Yablonski, 82.
İlk oyun - 1:1.
Bazel (İsveçrə) - Lex (Polşa) 1:0
Qol: Byarnason, 90+1.
İlk oyun - 3:1.
Brügge (Belçika) - Panatinaikos (Yunanıstan) 3:0
Qollar: Kuls, 53. Vazgez, 58. Olare, 82.
İlk oyun - 1:2.
Malmö (İsveç) - Zalsburq (Avstriya) 3:0
Qollar: Dyuric, 7. Rosenberq, 14. Rodiç, 42.
İlk oyun - 0:2.
Partizan (Serbiya) - Styaua (Rumıniya) 4:2
Qollar: Baboviç, 8. Yevtoviç, 60. Jivkoviç, 69. Truyiç, 90+5 - Muniru, 11. Hamrun, 33.
İlk oyun - 1:1.
Şkenderbeu (Albaniya) - Milsami (Moldova) 2:0
Qollar: Salihi, 16. Pronyi, 55.
İlk oyun - 2:0.
Viktoriya (Çexiya) - Makkabi (Təl-Əviv, İsrail) 2:0
Qollar: Zehavi, 75; 83.
İlk oyun - 2:1.
Şaxtyor (Ukrayna) - Fənərbaxça (Türkiyə) 3:0
Qollar: Qladki, 25. Srna, 65. Teyşera, 68.
İlk oyun - 0:0.
Fanat.az