Avqustun 8-də Çempionlar Liqasının "pley-off"a mərhələsinin püşkü atılacaq. Fanat.az хəbər verir ki, artıq UEFA bu mərhələdə mübarizə aparacaq 20 klubu 2 səbətə bölüb.
Bu komandalardan 15-i III təsnifat mərhələsinin qalibləridi. 5 komanda isə birbaşa "pley-off"a vəsiqə qazanıb.
Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdıraq "Seltik" "Çempionlar" qrupunun "Səpələnmişlər" səbətində yer alıb.
Qeyd edək ki, "pley-off" mərhələsinin 10 qalibi Çempionlar Liqasının, məğlub olan 10 komanda isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Çempionlar
Səpələnmişlər
Bazel (İsveçrə)
Seltik (Şotlandiya)
APOEL (Kipr)
BATE (Belarus)
Zalsburq (Avstriya)
Səpələnməmişlər
Makkabi (Təl-Əviv, İsrail)
Partizan (Serbiya)
Malmö (İsveç)
Şkenderbeu (Albaniya)
Astana (Qazaxıstan)
Qeyri-çempionlar
Səpələnmişlər
Mançester Yunayted (İngiltərə)
Valensiya (İspaniya)
Bayer (Almaniya)
Şaxtyor (Ukrayna)
Sportinq (Portuqaliya)
Səpələnməmişlər
ÇSKA (Rusiya)
Latsio (İtaliya)
Brügge (Belçika)
Monako (Fransa)
Rapid (Avstriya)
Fanat.az