Bu gün Avropa Liqasında Azərbaycanı təmsil edən "Qəbələ" III təsnifat mərhələsinin cavab matçına evdə çıxıb. Fanat.az хəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Cənubi Kiprin "Apollon" klubunu qəbul edib.
"Bakcell Arena"da keçirilən oyunda bir qol vurulub. 80-ci dəqiqədə penaltidən fərqlənən Cavid Hüseynov "Qəbələ"yə qələbə qazandırıb. Son dəqiqədə Ürfan Abbasov qırmızı vərəqə alsa da, rəqib say üstünlüyündən yararlana bilməyib. Beləliklə, ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının "pley-off" mərhələsinə çıxıb.
Yeri gəlmişkən, Azərbaycan ikinci dəfə bu mərhələdə iki klubla təmsil olunacaq. Belə ki, 2009/10 mövsümündə ilk və hələlik sonuncu dəfə iki təmsilçimiz "pley-off"a çıхmışdı. Həmin vaхt "Qarabağ" Hollandiyanın "Tvente" (1:3, 0:0), "Bakı" isə İsveçrənin "Bazel" (1:3, 1:5) klubuna yenilərək mübarizəni dayandırmışdı. "Qarabağ" dünən Çempionlar Liqasında iki oyunun nəticəsinə görə Şotlandiyanın "Seltik" klubuna yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Tiflis "Dinamo"sunu (1:2, 2:0) və Serbiyanın "Çukariçki" (0:1, 2:0) klubunu mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
6 avqust
Qəbələ (Azərbaycan) - Apollon (Cənubi Kipr) 1:0
Qol: Cavid Hüseynov, 80.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadıqov, 9. Sergey Zenyov, 10. Dodo, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 69. Aleksey Antonov (7. Ermin Zets, 61).
Ehtiyat oyunçular: 33. David Pietrzkieviç, 4. Elvin Camalov, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
Apollon: 83. Bruno Vale, 2. Elizio, 3. Nuno Lopes (9. Türam, 61), 4. Freyre (8. Farley, 81), 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 14. Ceyme, 17. Joao Pedro, 26. Fotis Papoulis (k), 29. Georgios Kolokoudias (19. Quye Qneki Abraham, 61).
Ehtiyat oyunçular: 23. İsli Hidi, 27. Angelis Angeli, 28. Marios Stulianu, 42. Kristos Veeler.
Baş məşqçi: Pedro Emanuel.
Sarı vərəqələr: Cavid Hüseynov, 35 - Aleks, 31. Fotis Papoulis, 35. Ceyme, 59. Freyre, 69. Esteban Saketti, 79. Bruno Vale, 80. Türam, 90+1.
Qırmızı vərəqə: Ürfan Abbasov, 90.
Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome, Brunu Migel Duarte Payxao (Portuqaliya).
Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya).
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya).
Bakı. "Bakcell Arena".
Fanat.az