16:57 28.08.2013 782

"Qarabağ" şərəf görüşünə çıxır"

Avropada yeganə təmsilçimiz olan "Qarabağ" sabah pley-off mərhələsinin cavab oyununda "Ayntraxt"la qarşılaşacaq. Fanat.az xəbər verir ki, Bakıda 2:0 hesabı ilə məğlub olan ağdamlılar Frankfurtda mübarizə üçün meydana çıxacaq. Lakin idman mətbuatı "Qarabağ"ın şanslarını bir o qədər də yüksək qiymətləndirmir. 


Saleh Arslan: (korner.az). "İlk oyundakl nəticə böyük ölçüdə cütün qalibini müəyyənləşdirib. Bu səbəbdən cavab oyunu "Qarabağ" üçün prestij oyunu olacaq. Bakıdakı qarşılaşmadan fərqli olaraq, Almaniyada təmsilçimizin üzərində xüsusi təzyiq olmayacaq. Odu ki, komanda çıxıb öz oyununu oynamalı və birinci oyunun ikinci hissəsindəki kimi qorxmadan mübarizə aparmalıdı. Bu görüş sadəcə şərəf görüşüdü. Qələbənin, ya məğlubiyyətin heç bir önəmi yoxdu. Əsas lan bu mərhələyə qədər çıxmaq idi. Təbii ki istəyərdik ki, qrup mərhələsinə vəsiqə qazansın. Amma reallıqla yanaşsaq "Ayntraxt" heç də zəif deyil".


Rəşad Ergün: (Komanda qəzeti). "Bakıdakı oyunda iki komanda arasındakı səviyyə fərqi aşkar göründü. Düşünmürəm ki, "Qarabağ" Almaniyada ortaya əlahiddə nəsə qoysun. Hələ lap əvvəldən "Qarabağ"ın "Ayntraxt" səddini keçə bilməyəcəyinə əmin idim. Özümüzü nağıllara öyrətməyək. Ağdamlılar çalışıb böyük hesabla uduzmamalıdı və mübarizə aparmalıdı. Bəlkə də "Ayntraxt" Bakıdakı nəticəyə görə tam gücüylə oynamayacaq. Bu da "Qarabağ"a öz oyununu göstərməyə fürsət verə bilər. Amma istənilən halda, "Qarabağ" üçün Avropa Liqası kitabı bağlanıb və biz yenə növbəti avrokubok mövsümünü gözləsək yaxşıdı, nəinki Almaniyada hansı hesabın qeydə alınacağını".


Natiq Muxtarlı: (Komanda qəzeti). "Bakıdakı qarşılaşma göstərdi ki, "Ayntraxt" "Qarabağ"ı yetərincə öyrənə bilib. Əslində Qurban Qurbanov bu amili nəzərə alıb, "Ayntraxt"a fərqli oyun sistemi təkilf etməliydi. Bakıdakı qarşılaşmada almanlar pressinq tətbiq edincə "Qarabağ"ın bütün oyun intizamı pozuldu. Düşünürəm ki, Almaniyadakı qarşılaşmada Qurbanov bu amili nəzərə alacaq. ancaq bütün hallarda "Qarabağ"ın şansının qalmadığını düşünürəm. Sadəcə bu dəfə elə oynamaq lazımdı ki, sonradan "biz də futbol oynaya bilirik" deyə bilək. "Qarabağ"ın itiriləsi bir seyi yoxdu, çox rahat şəkildə imic üçün oynamaq lazımdı".


Rüstəm Piriyev: (millifutbol.az). "Qarabağ"dan sabahkı oyunda ən azından, layiqli oyun və bacardığı qədər müqavimət gözləyirəm. Təbii ki, 1-ci oyunla müqayisədə, səfərdə oynamaq daha çətin olacaq. Azarkeş amili ve "Ayntraxt"ın doğma divarlarda qələbə qazanmaq istəyi heç də bizim xeyrimizə olmayan amillərdi. Digər tərəfdən, "Qarabag"ın artıq rəqibini əyani tanıması və itiriləcək heç nəyin olmaması komandamızın rahat oynamasına səbəb ola bilər. Açığı "Qarabağ"ın mərhələ keçəcəyinə o qədər də inanmıram, amma, nece deyərlər, "Şər deməsən, xeyir gəlməz". Hesabdan və göstərəcəyi oyundan asılı olmayaraq, "Qarabağ" artıq bu avrokubok mövsümündə özünü göstərə bilib və istənilən halda alqışlanmağa layiqdi. Fikirləşirəm ki, bizim azarkeşlər, eyni zamanda ağdamlıların uğurlarına qısqanclıqla yanaşan digər klubların nümayəndələri səmimi olmalı və Qurban Qurbanova doğrudan da güclü və Azərbaycanı layiqincə təmsil edə biləcək komanda yaratmasına görə təşəkkür etməlidi. Bizim futbolumuzun indiki səviyyəsi Almaniya kimi ölkələrin klublarına qarşı qələbəyə oynaya biləcək səviyyədə deyil. Gəlin məsələyə real baxaq və etiraf edək ki, "Ayntraxt"a biz yalnız layiqli müqavimət göstərə bilərik, bu komanda üzərində qələbə gözləmək isə utopiya olardı!"


İsmayıl Abdullayev: (İdman Azərbaycan) "Bircə onu deyə bilərəm ki, ən azından Bakıdakı həyəcan olmayacaq. Burda o həyəcan boğuldu. Frankfurtda nisbətən rahat oynaya bilərik. Növbəti mərhələ çox çətin görünsə də, yaxşı nəticəyə ümid etmək olar".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 6 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

Facebookdan bizi izləməyi unutmayın.
X