Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, UEFA-nen İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə 44 komanda rəqibini tanıyıb və 22 cütlük müəyyənləşib.
44 komandadan 29-u III təsnifat mərhələsinin qalibidi, 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində məğul olan komandalardı.
Püşkdə iki təmsilçimiz rəqibini tanıyıb. Çempionlar Liqasında "Seltik"ə uduzaraq bu mərhələyə düşən "Qarabağ"la Avropa Liqasında "Apollon"u yenən "Qəbələ"nin qrup mərhələsinə gedən yoldakı son rəqibi müəyyənləşib. Püşk "Qarabağ"ı İsveçrənin "Yanq Boyz", "Qəbələ"ni Yunanıstanın "Panatinaikos" klubu ilə üz-üzə qoyub.
Qeyd edək ki, Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.
Avropa Liqası
"Pley-off" mərhələsi
20-27 avqust
Yanq Boyz (İsveçrə) - Qarabağ (Azərbaycan)
Altax (Avstriya) - Belenenseş (Portuqaliya)
Styaua (Rumıniya) - Rusenborq (Norveç)
Viktoriya (Çexiya) - Voyvodina (Serbiya)
Yablonets (Çexiya) - Ayaks (Hollandiya)
Molde (Norveç) - Standard (Belçika)
Jilina (Slovakiya) - Atletik (İspaniya)
Zarya (Ukrayna) - Legiya (Polşa)
Milsami (Moldova) - Sent-Etyenn (Fransa)
PAOK (Yunanıstan) - Brondbü (Danimarka)
Panatinaikos (Yunanıstan) - Qəbələ (Azərbaycan)
Bordo (Fransa) - Kayrat (Qazaxıstan)
Dinamo (Belarus) - Zalsburq (Avstriya)
Slovan (Çexiya) - Hayduk (Xorvatiya)
Astra (Rumıniya) - Alkmaar (Hollandiya)
Krasnodar (Rusiya) - HİK (Finlandiya)
Lex (Polşa) - Videoton (Macarıstan)
Rabotniçki (Makedoniya) - Rubin (Rusiya)
Atromitos (Yunanıstan) - Fənərbaxça (Türkiyə)
Sautqempton (İngiltərə) - Midilyand (Danimarka)
Odd (Norveç) - Borussiya (Dortmund, Almaniya)
Tun (İsveçrə) - Sparta (Çexiya)
Fanat.az