Bu gün Çempionlar Liqasında "pley-off" mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, UEFA-nen İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə 20 komanda rəqibini tanıyıb və 10 cütlük müəyyənləşib.
Həmin klublardan 15-i Çempionlar Liqasının III təsnifat mərhələsinin qalibləridi. Qalan 5 komanda isə birbaşa bu mərhələyə vəsiqə qazanıb. Bu 20 klubdan 10-u öz ölkəsinin çempionu, 10-u isə yüksək reytinqli çempionatların təmsilçiləridi.
Püşk "Qarabağ"ı Çempionlar Liqasında mübarizədən kənarlaşdıran "Seltik"i "Malmö"yə rəqib edib. "Mançester Yunayted" "Brügge"yə rəqib olub. "Latsio" qrupa vəsiqə uğrunda "Bayer"lə, "Valensiya" "Monako" ilə münasibətlərini aydınlaşdıracaq.
Qeyd edək ki, Çempionlar Liqasında "pley-off" mərhələsinin oyunları avqustun 18-19-da və 25-26-da keçiriləcək.
Çempionlar Liqası
"Pley-off" mərhələsi
18-19 və 25-26 avqust
Astana (Qazaxıstan) - APOEL (Cənubi Kipr)
Şkenderbeu (Albaniya) - Dinamo (Xorvatiya)
Seltik (Şotlandiya) - Malmö (İsveç)
Bazel (İsveçrə) - Makkabi (Təl-Əviv, İsrail)
BATE (Belarus) - Partizan (Serbiya)
Latsio (İtaliya) - Bayer (Almaniya)
Mançester Yunayted (İngiltərə) - Brügge (Belçika)
Sportinq (Portuqaliya) - ÇSKA (Rusiya)
Rapid (Avstriya) - Şaxtyor (Ukrayna)
Valensiya (İspaniya) - Monako (Fransa)
Fanat.az