Topaz Premyer Liqasının V turunda "Rəvan"la qarşılaşacaq "Sumqayıt" növbəti transferini həyata keçirib. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Rəvan"dan ayrılan Nodar Məmmədovu heyətinə qatıb. 25 yaşlı futbolçu "Sumqayıt"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nodar karyerası ərzində "Rəvan"dan başqa, "Şahdağ", "Qarabağ", MOİK, "Muğan" və "Qəbələ"də çıxış edib. 25 yaşlı müdafiəçi 4 dəfə A millimizin formasını geyinib. O, həmçinin U-21-də 6 oyun keçirib və 2 qol vurub.