22:56 09.08.2015 691

"Xəzər Lənkəran"la "Zirə"dən uğurlu start, "Neftçi" büdrədi

Topaz Premyer Liqasında 80 günlük fasilə başa çatıb və 2015/16 mövsümünə start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə I turun 3 matçı baş tutub.

"Neftçi" açılış turunda əzəli rəqibi, yenidən Premyer Liqaya qayıdan "Kəpəz"i qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0. 70-ci dəqiqədə "Kəpəz"dən Şəhriyar Əliyev qırmızı vərəqə alsa da, "Neftçi" say üstünlüyündən yararlana bilməyib.

"Xəzər Lənkəran" "İnter"i qəbul edib. Lənkəran klubu FIFA-nın transfer qadağası üzündən yeni transferlərini sifariş edə bilmədiyindən meydana əsasən gənc futbolçularla çıхsa da, Avropa Liqasında iki mərhələ keçən rəqibini 2:0 hesabı ilə yenib. Hesabı 7-ci dəqiqədə Elnur Cəfərov açıb. 31-ci dəqiqədə isə kapitan Rahid Əmirquliyev fərqlənib.

Premyer Liqada ilk oyununu keçirən "Zirə" də debütünü qələbə ilə qeyd edib. AZAL-ı qəbul edən debütant 3 хalı bir qolla qazanıb. Matçın yeganə qoluna ötən mövsüm AZAL-ın formasını geyinən Viktor İbekoyi imza atıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Avropa Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanan "Qəbələ" və "Qarabağ" üz-üzə gələcək. Günün digər oyununda isə "Rəvan" "Sumqayıt"ı sınağa çəkəcək.

Premyer Liqa
2015/16 mövsümü
I tur, 9 avqust

Neftçi - Kəpəz 0:0
Neftçi: 1. Aqil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev (8. Elşən Abdullayev, 76), 18. Kaue da Silva, 21. Samir Məsimov (14. Məhəmməd Qurbanov, 66), 26. Kamal Qurbanov (27. Məqsəd İsayev, 57), 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Samir Əliyev.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (27. Bəxtiyar Soltanov, 61), 8. Budaq Nəsirov, 10. Dario Federiko da Silva, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 19. Aleksandr Stnik (9. Murad Ağakişiyev, 78), 25. Şəhriyar Əliyev, 80. Tural Rzayev (15. Azad Kərimov, 71).
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Araz Abdullayev, 40 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 49 (qeyri-idman hərəkəti) - Şəhriyar Əliyev, 42 (hakimi aldatmağa cəhd). 70 (bilərəkdən əl ilə oyuna görə). Juninyo, 48 (qeyri-idman hərəkəti). Murad Ağakişiyev, 90+4 (hakimi aldatmağa cəhd).
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 70.
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
"Bakcell Arena". 1500 tamaşaçı.

Zirə - AZAL 1:0
Qol: Viktor İbekoyi, 5.
Zirə: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 7. Rihayro Meulens, 10. İqor İvanoviç (17. Nicat Qurbanov, 83), 11. Viktor İbekoyi (6. Hacı Əhmədov, 71), 13. Aleksandr Şemonayev, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 32. Tato (8. Tərzin Cahangirov, 58), 37. Yovan Krneta, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Ruslan Cəfərov, 14. Tellur Mütəllimov, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.
AZAL: 16. Stanislav Namaşko, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 5. Kamil Hüseynov, 6. Tagim Novruzov, 7. Tərlan Xəlilov, 8. Seymur Əsədov (k) (22. Kamal Mirzəyev, 83), 10. Nuqzar Kvirtiya, 19. Məhəmməd Bədəlbəyli (9. Aydın Qasımov, 46), 21. Murad Səttarlı (17. Elmin Çobanov, 69), 24. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 14. İlqar Ələkbərov, 20. İsmayıl İbrahimli, 28. Müşfiq Teymurov.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Aleksandr Şemonayev, 16 (qeyri-idman hərəkəti). Sadiq Quliyev, 71 (qeyri-idman hərəkəti) - Tagim Novruzov, 8 (qeyri-idman hərəkəti). Tərlan Xəlilov, 40 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məlik Həsənov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu. 1300 tamaşaçı.

Xəzər Lənkəran - İnter 2:0
Qollar: Elnur Cəfərov, 7. Rahid Əmirquliyev, 31.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı (32. Zaman Mirzəzadə, 80), 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (72. Elvin Mirzəyev, 55), 9. Orxan Əliyev (5. Fərid Əsədov, 90+3), 27. Manuel Skarlatake, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 16. İbrahim Qədirzadə, 42. Kamran Abdullazadə, 96. Anar Babazadə.
Baş məşqçi: Yunis Hüseynov.
İnter: 25. Səlahət Ağayev (k), 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri (20. Yuri Fomenko, 80), 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 23. Dieqo Martins (10. Elnur Abdullayev, 46), 24. Fuad Bayramov (18. Mənsur Nəhavəndi, 46). 
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 3. Xuan Fransisko, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Rasim Ramaldanov, 68 (qeyri-idman hərəkəri). Orxan Sadıqlı, 85 (oyunun bərpasını ləngitdiyinə görə) - Nika Kvekveskiri, 16 (bilərəkdən əl ilə oyun). Laşa Kasradze, 26 (qeyri-idman hərəkəri). Georgi Lomaya, 55 (hakim qərarına etiraz).
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Asim Xudiyev.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 7000 tamaşaçı.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X