Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, ev oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlandığını bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ” bununla əlaqədar olaraq, II turda “Rəvan”a qarşı keçirilməli olan ev görüşünün yerinin dəyişdirilməsini xahiş edib.
Yuxarıda göstərilənləri və “Rəvan”ın razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ” - “Rəvan” matçı ilə bağlı dəyişiklik edib. Belə ki, II tur “Rəvan” - “Qarabağ” kimi, ikinci dövrənin X turunun matçı “Qarabağ” - “Rəvan” kimi qeydə alınıb. II turda reallaşacaq “Rəvan” - “Qarabağ” oyunu “Bayıl Arena”da təşkil olunacaq.
PFL həmçinin II turunun oyun cədvəlində dəyişiklik edib. Canlı yayımla əlaqədar olaraq, “İnter” - “Neftçi” matçı avqusutun 15-də yox, 17-də baş tutacaq.
Fanat.az