Şahin Diniyev "Zirə" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi bunları deyib:
"Emosiyaların ön planda olduğu oyundan sonra analiz etmək, danışmaq çətindi. Amma deməliyəm ki, biz bu gün 2 xal itirdik. Əgər komanda qol vəziyyəti yarada bilmirsə, o zaman heç-heçəyə sevinmək olar. Lakin biz çox sayda qol epizodu yaratsaq da, bunlardan birindən maksimum istifadə etdik. Futbolçulara etirazım yoxdu. Oyunçular isti havada meydançanın hər qarışı üzrə mübarizə apardılar. Qısa zaman ərzində biz oyun formalaşdıra bilmişik. Bəzi çatışmazlıqlar zaman keçdikcə aradan qalxacaq. Bu gün Gəncədə futbol bayramında bizimlə olan hər kəsə təşəkkür edirəm”.
Fanat.az