20:50 19.08.2015 348

Roman Qriqorçuk: "Hətta 1 faiz şansımız olsa belə..."

“Apollon”la oyundan sonra transfer planlaşdırmışdıq. Amma alınmadı. Bu elə asan məsələ deyil”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

“Qırmızı-qaralar” sabah Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində “Panatinaikos”u qəbul edəcək. Ukraynalı mütəxəssis qarşılaşma öncəsi keçirilən mətbuat konfransında sabahkı oyundan danışıb: “Bildiyiniz kimi, Cavid Hüseynov və Ürfan Abbasov oynamayacaq. Bununla belə, biz meydançaya çıxan hər bir oyunçuya güvənirik. İndiki heyətimizlə də mərhələ adlamaq perspektivimiz var”.

 

- Cavid Hüeynovun yoxluğu komandaya nə dərəcədə təsir edə bilər?

- Bu bizim üçün itkidi. Bu söhbətə artıq qayıtmaq istəmirəm. Bununla bağlı heç nə edə bilmərik. Bizim başqa oyunçularımız da var. Onlarla mübarizə aparacağıq.

 

- “Panatinaikos” öncəki rəqiblərdən güclüdü. Üstəlik, ilk dəfə cavab görüşünü səfərdə keçirəcəksiniz. Bu amil sizə mənfi təsir etməyəcək?

- Bunun mənfi və ya müsbət təsiri yoxdu. Belə təyin olunub. O ki qaldı “Panatinaikos”a, bu komandanın sürətli, fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Bilirik ki, rəqib çox güclüdü. Hətta 1 faiz şansımız olsa belə, sona qədər mübarizə aparmaq lazımdı. Kimin favorit olması barədə oyun öncəsi nəsə demək düzgün olmaz.

 

- “Qəbələ”nin bu mövsüm Avrokubok oyunlarından öncəki mətbuat konfranslarının heç birində sizi belə sınıxmış görməmişəm. Bu, yorğunluqdan irəli gəlir, yoxsa rəqibin güclü olmasından?

- Əhval-ruhiyyə normaldı. Biz oyuna yüksək ab-havada hazırlaşırıq.

 

- Rəqibin baş məşqçisi yalnız qələbə üçün gəldiklərini dedi. Sizin hədəfiniz nədi?

- Rəqibin baş məşqçisi desəydi ki, bura uduzmağa gəlmişik, bu, təəccüblü olardı. Biz çalışacağıq əlimizdən gələni edək ki, uğurlu nəticə əldə edək.

 

- Ürfan Abbasovun mövqeyində kim meydançaya çıxacaq?

- Bu suala cavab vermək istəmirəm. Çünki əsas heyəti sabah müəyyən edəcəyik. Həmin mövqedə oynayacaq 3 cinah oyunçumuz var: Rikardinyo, Məhəmməd Mirzəbəyov və Arif Daşdəmirov.

 

- “Apollon”la qarşılaşmadan sonra aerodrom kepkası taxmışdınız. Bu dəfə qələbə qazansanız, hansı qeyri-adi addımı atacaqsınız?

- Belə şeylər tez-tez olmasa yaxşıdı. Çempionlar Liqasına düşənə qədər bunu təxirə salaq.

 

- Ot örtüyü o qədər də yaxşı deyil. Sabah hansı taktikaya üstünlük verəcəksiniz ki, bu amil sizə təsir etməsin?

 - İstərdik hər iki komanda baxımlı futbol oynasın. Əlbəttə, meydança yaxşı olsa, əla olar. Amma hazırkı vəziyyət hər iki komanda üçün eynidi.

 

- “Qəbələ”nin “Panatinaikos” səddini keçəcəyi təqdirdə növbəti mərhələdə də bu uğurlu çıxışı davam etdirəcəyinə inanırsınızmı?

- “Qəbələ”nin gələcəyi parlaq, işıqlı olacaq. Bu, sabahkı oyunun nəticəsindən asılı olmayacaq. Komanda addım-addım irəliyə gedir.

 

- Qrupa düşsəniz, Avropanın diqqət mərkəzində olacaqsınız. Təbii ki, belə halda sizə təkliflər gələ bilər. Ancaq klub prezidenti Tale Heydərov da sizinlə uzunmüddətli əməkdaşlıqda maraqlı olduqlarını bildirib…

- Sabahkı oyun mənim məşhurluğumla bağlı heç nəyi dəyişməyəcək. Çünki mən bu mərhələni başqa komanda ilə birgə keçmişəm, qrupda iştirak etmişəm. “Qəbələ” isə addım-addım inkişafa doğru gedəcək. Buna tam əminəm.//Apasport.az 


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X