14:44 20.08.2015 567

"Qəbələ"dən nə gözləmək olar?

Azərbaycanı avrokuboklarda təmsil edən klublarımızın, o cümlədən, “Qəbələ”nin çıxışı futbol mütəxəssislərinin də maraq dairəsindədi. Onların arasında Məşqçilər Komitəsinin sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, millimizin baş məşqçisi Robert Prosineçkinin köməkçisi Mahmud Qurbanov və milli komandamızın sabiq futbolçusu Anatoli Ponomaryov da var. Onlar "Qəbələ İK"ya açıqlamalarında fikirlərini bölüşüblər.


Vaqif Sadıqov: "Qəbələ"də komanda ruhu var"


Vaqif Sadıqov "Qəbələ"nin Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb: “Qəbələ” təkcə baxımlı futbol deyil, həm də xarakter göstərən komandadır. Qeyd edim ki, püşk bu komandaya güzəşt etməyib. “Qəbələ” hələ təsnifat mərhələlərində güclü rəqiblərlə qarşılaşsa da, hər birinə əsl gücünü göstərməyi bacardı. Həm də ayrı-ayrı futbol məktəblərinə qarşı oynamalı oldu. Baş məşqçi Roman Qriqorçuk “Qəbələ”yə qələbə ruhu, qələbə qazanmağa inam verən xüsusiyyətlər gətirə bilib. Bu, çox önəmlidir. Uğurlu çıxışın davamı mütləq gələcək. “Qəbələ” çempion “Qarabağ”la matçda da əsl simasını, çox mübariz komanda olduğunu göstərdi. Komandanız hesabda geriyə düşüb azlıqda qalsa da, özündə güc taparaq məğlubiyyətdən qurtula bildi”.

O, həmçinin, “Qəbələ”nin növbəti ilkə imza atacağına inanır: “Qəbələ”də komanda ruhu var. Bunun qrupa vəsiqə qazanmaqla nəticələnəcəyini gözləyirik. Mən bilərəkdən rəqiblərdən söz salmadım. Çünki hesab edirəm ki, tarixi yazan biz olmalıyıq”.


Mahmud Qurbanov: “Panatinaikos"u üstələmək olar"


Mahmud Qurbanov "Qəbələ"nin Yunanıstanın vitse-çempionu ilə matçda üstün keyfiyyətlərindən yararlanacağına ümid edir: “Komanda əzmkar oyunu ilə 3 mərhələ keçdi və pley-off mərhələsində oynamağa layiq olduğunu göstərdi. Bu uğuru alqışlamaq lazımdır. Qriqorçukun heyətə yeni cəlb etdiyi futbolçular komandaya hələ tam adaptasiya olmasalar da, “Qəbələ” komanda şəklində sonadək mübarizə aparmaqla pley-off mərhələsinədək irəliləyib. Növbəti uğura imza atmaq üçün “Panatinaikos”u da üstələmək lazımdır. “Qəbələ”nin yeni futbolçuları çox təcrübəlidir. Komanda həm də onların zəngin təcrübəsindən bəhrələnərək uğur qazana bilər. Bütün bunlar bizdə “Qəbələ”nin qrup mərhələsinə vəsiqə qazanacağına inam yaradır. Çox istərdim ki, Azərbaycan ilk dəfə 2 klubla qrup mərhələsinin iştirakçısı olsun. Bu, baş versə, futbolumuz üçün böyük uğur olacaq. Fürsətdən istifadə edib, qəzetiniz vasitəsilə həm “Qəbələ”yə, həm də "Qarabağ"a pley-offda uğurlar arzulayıram”.


Anatoli Ponomaryov: “Qəbələ” çansını dəyərləndirməlidir"


Yunanıstan Super Liqasında oynamış ilk azərbaycanlı futbolçu olan Anatoli Ponomaryov vaxtilə “Ksanti”nin heyətində çıxış edərkən “Panatinaikos”a rəqib olub: “Panatinaikos” yaxşı tanıdığım komandadır. O, həmişə Yunanıstanda aparıcı klublardan olub. Üstəlik, Afina təmsilçisinin avrokuboklarda böyük təcrübəsi var. Təbii ki, mənim oynadığım dövrlə müqayisədə “Panatinaikos”un heyəti tam dəyişib. Ancaq o, yenə də öz ölkəsinin ən güclü klublarından biri olaraq qalır. Yunanıstanda azarkeşlər sevimli komandalarına güclü dəstək verirlər. “Panatinaikos”un da fanatları bu cəhətdən çox fəaldır. Tribunalar dolu olur və 90 dəqiqə dayanmadan komandanı qələbəyə səsləyirlər. “Panatinaikos”un əsas qol ümidi Markus Berqdir. Onu yaxşı tanıyıram. Xeyli vaxtdır bu komandada çıxış edir. İsveç yığmasının da əsas hücumçularındadır. “Panatinaikos”un hücum xəttinin müdafiəsindən daha güclü olduğunü düşünürəm. Ön xəttdə çıxış edənlər fərdi oyun keyfiyyətləri ilə seçilirlər. Ümumiyyətlə, Afina təmsilçisi sürətli komandadır. Ancaq futbolda kimin qalib gələcəyini əvvəldən söyləmək mümkün deyil. Avropa Liqasında pley-off mərhələsinə kimi irəliləmiş “Qəbələ” qrupa mərhələsinə düşmə şansını maksimium dəyərləndirməlidir”.


Qeyd edək ki, Anatoli məşhur futbolçumuz, Olimpiya çempionumuz, milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryovun oğludur.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

Facebookdan bizi izləməyi unutmayın.
X