17:22 20.08.2015 626

"Bu yolun "ibtidai"sini mən qoymuşam" -Böyükağa Hacıyev

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin Qaynar.info saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

- "Qəbələ" və "Qarabağ" bu gün Avroliqanın pley-off mərhələsində vacib görüşlərə çıxacaq. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Gəlin, hər iki komandaya müvəffəqiyyət arzulayaq. Əgər kim deyirsə ki, Azərbaycan futbolunda səhv yoxdur, çox böyük səhvə yol verir. Yadınıza gəlirsə, bu yolun "ibtidai"sini mən qoymuşam. Yəni "Neftçi" 2 il bundan əvvəl ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Görünür, qədəmlərimiz yüngül imiş ki, arxası gəldi. "Qarabağ" ötən il az qala qrupdan da çıxmışdı. Bu il isə artıq birdən-birə 2 komandamız qrupa düşmək üçün mübarizə aparır. Düzdür, ötən il də 2 komandamız bu mərhələyədək gəlmişdi. "Neftçi" pley-offda dayandı, "Qarabağ" isə qrupa vəsiqə qazandı. Hər iki komanda bu oyunlara çox ciddi yanaşmalıdır. Çünki istər İsveçrənin, istərsə də Yunanıstanın komandası çox ciddi rəqiblərdir.  Bu rəqibləri ciddiyə almaq lazımdır. Bir şeyi unutmayaq ki, Cavid Hüseynovun olmamağı artıq "Qəbələ"nin oyununa öz təsirini göstərir. "Qəbələ"nin Cavidi müvəqqəti də olsa itirməsi onun bugünkü oyununda özünü göstərəcək...

- Premyer Liqanın II turunun AZAL ilə matçında 2:0 hesablı qələbə qazandılar. Orda öz təsirini göstərdimi?
- Bəli. Mən sizə deyim ki, son turda Cavid Hüseynovun olduğu vaxtdakı oyun üslubu artıq sınmışdı. Mənə elə gəlir ki, bu, Avroliqa oyununda daha çox hiss olunacaq. Hər halda oyundan əvvəl proqnoz vermək bir az pisdir. Hər iki komandanın bu mərhələni keçib qrupa düşəcəyinə inanıram. Bu da əlbəttə bizi sevindirəcək.

- Ancaq "Qəbələ"nin işi "Qarabağ"a nisbətən daha çətin olacaq. "Panatinaikos"un Avropanın tanınmış komandası olması bir yana, komandada psixoloji durum hazırda qaydasında deyil. Baş məşqçi Roman Qriqorçukun üzərinə böyük yük düşür ki, bu durumu düzəltsin...
- Bəli, siz onu düzgün tutdunuz. Ən vacibi odur ki, Qriqorçuk bu əngəli aradan götürsün. Qalanı özü düzələcək.

- Ümumiyyətlə, Azərbaycan klublarında psixoloji hazırlıqdan razısınız? Sizin vaxtınızda bu məsələ necə tənzimlənirdi?
- Mən həmişə demişəm ki, məşqçi özü ən böyük psixoloq olmalıdır. Mən "Tarix" fakültəsini bitirənə kimi 4 il "Psixologiya" elmini oxumuşam və bunun mənim məşqçilik sənətində böyük köməyi dəyib. Ona görə də futbol məşqçisi hər şeydən əvvəl böyük psixoloq olmalıdır. Mənim vaxtımda "Neftçi"də Braziliya, Paraqvay, Çili, Makedoniya, Serbiya kimi ölkələrdən futbolçular vardı. Hərəsi bir mentalitet sahibi idi. Bunlarla ümumi dil tapmağı bacarmaq lazımdır.

- Konkretləşdirsək, Azərbaycanda psixoloji hazırlıqdan razısınız?
- Yox! Qətiyyən yox!

- Sizcə, Qriqorçuk bu maneəni aşa biləcək?
- Vallah, mən Qriqorçuku dərindən tanımıram. Mən tanımadığım adam haqda fikir yürütmərəm. Zaman gələr, hər şey öz yoluna qoyular.

- Futbol ictimaiyyətini yaxından maraqlandıran jurnalistin ölümü ilə bağlı nə deyə bilərsiniz?
- Mən jurnalistin gənc yaşda ölməsinə təəssüflənirəm. Görünür ki, dövlət də bu işin içində möhkəm durub. Bilirsiniz ki, neçə nəfər tutulub, o cümlədən Cavid Hüseynov. O gün Cavidin həbsdən buraxılması üçün apellyasiya şikayəti də təmin olunmadı. Əgər Cavid bu hərəkəti edibsə, çox səhv iş görüb. Eləməyibsə, qoy, Allah köməyi olsun.

- Sizdə müşahidə aparmaq qabiliyyətinin yaxşı olduğunu bilirəm. Caviddə "ulduzlaşma" xəstəliyi artıq müşahidə olunurdu. Razısınız bu fikirlə?
- İnsan harda olur-olsun, hərdən dönüb arxaya baxmalıdır. Hardan gəlmişəm, hara gedirəm. Cavid deyəsən, bunu unudub. O, 3 il bundan əvvəl "Neftçi"də mənim rəhbərliyim altında oynayırdı. Mövsüm bitdikdən sonra onun kimi 7-8 oyunçuya dedik ki, siz bizə lazım deyilsiniz və yola saldıq, getdilər. Cavid Türkiyədə oynayandan sonra keçdi "Qəbələ"yə (əslində "Adana Dəmirspor"dan sonra "Bakı"ya, daha sonra "Qəbələ"yə keçib - S.T.). Ola bilər ki, o, "Qəbələ"də dəyişib, onu çoxdandır ki, yaxından görmürəm. Əgər dəyişibsə, gərək dəyişməyəydi. Bu müvəffəqiyyətlərdən baş gicəllənməməlidir. Ona görə də o, gələcəyə nikbin nəzərlərlə baxmalıdır, hər bir insanı özünə qardaş, dost bilməlidir. Jurnalist də insandır, ola bilər ki, səhvə yol verib. Bu o demək deyil ki, sən kiminsə ölümünə fətva verməlisən.

- Burda Qriqorçukun da böyük məsuliyyəti var. Ona Cavidin intizamsızlığı ilə bağlı sual verdildikdə onu çox istədiyindən, cəzalandıra bilmədiyini vurğulamışdı. Kiprdəki hərəkətinə görə, klub tərəfindən azacıq da olsa, cəzalandırılsaydı, bütün bu olaylar baş verməzdi...
- Qriqorçuk üçün Azərbaycan mentalitetini öyrənməyə zaman lazımdır. O, Ukraynadandır. Azərbaycana təzə gəlib. Ona 3-4 il vaxt lazımdır ki, Azərbaycanın mentalitetinə tam bələd olsun. Azərbaycanda işləyən hər bir məşqçi psixoloq kimi buranın mentalitetini dərin bilməlidir...

- Onda yaxşı olar ki, onun yanında azərbaycanlı psixoloq olsun...
- Hökmən!

Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X