Tərlan Əhmədov "Qarabağ"la oyunla (0:2) fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi bunları deyib:
“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edir, onlara Avropa Liqasında uğurlar arzu edirəm. Biz bu gün məğlub olduq. Komanda uduzursa, burada günahkar məşqçidi. Komandamızın potensialı olsa da, problemlərimiz çoxdu. Həmin problemi yoluna qoymalıyıq. Futbol aqressiv oyundu. Hakimlik barədə danışmaq istəmirəm. Amma açığını deyim ki, bundan sonra susmayacağam. Hazırda klubumuz ağır günlərini yaşayır. Hakimlərin belə vəziyyətdə etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdu. Sadəcə, ədalət tərəfdarıyam”.
Fanat.az