Tofiq Bəhramov adına Respublika stadionunun əməkdaşlarından bir nəfər işdən çıxarılıb. Fanat.az qaynar.info-ya istinadən xəbər verir ki, Hacı Səməd kimi tanınan şəxs artıq ərizə yazmağa məcbur edilib.
O, stadionun direktoru Akif İsmayılovdan sonra rəhbər şəxslərdən biri sayılırdı. Belə ki, "Qarabağ"ın aşağı yaş qruplarının məşq etdiyi mini meydançalara nəzarəti Hacı Səməd edirdi. Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Fanat.az