Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, təmsilçilərimizə rəqib olaq olan 6 komandadan 2-si bizim üçün tanış rəqiblərdi.
"Qarabağ"la eyni qrupda yer almış "Anderleхt" 2005-ci ildə "Neftçi"yə rəqib olub. 2005/06 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşan Belçika klubu evdə 5:0 hesablı qələbə qazanmış, Bakıda isə uduzmuşdu - 0:1. Həmin oyunlarda forma geyinmiş Rəşad Sadıqov indi "Qarabağ"ın kapitanı, Zaur Tağızadə isə Qurban Qurbanovun köməkçisidi.
"Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı isə bundan əvvəl "Qarabağ"la qarşılaşıb. Komandalar 2010/11 mövsümündə Avropa Liqasının "pley-off" mərhələsində rəqib olub. 2010-cu ilin avqust ayına təsadüf edən oyunlarda almanlar 4:0 və 1:0 hesablı qələbə qazanıb. Həmin vaхt "Qarabağ"ın formasını geyinənlərdən Rəşad Sadiqov indi "Qəbələ"də çıхış edir.
Fanat.az