Rusiya Premyer Liqasında VII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" səfərdə "Lokomotiv"lə qarşılaşıb.
Matç Moskva klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Krasnodarlıların yeganə qolunu 11-ci dəqiqədə Fyodr Smolov vurub.
Qeyd edək ki, "Krasnodar" hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol