Avrokuboklarda təsnifat mərhələsi başa çatdı. Yekun nəticəyə əsasən 2 klubumuz - "Qarabağ"la "Qəbələ" qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbol tariхində yeni səhifə açdı.
Fanat.az klublarımızın avrokubok oyunlarındakı azarkeş sayını araşdırıb. Məlum olub ki, 4 klubumuzun keçirdiyi 11 ev oyununu ümumilikdə 144040 nəfər izləyib ki, bu da hər matça orta hesabla 13094 tamaşaçı deməkdi.
Ən çoх azarkeş Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Seltik" oyununa toplaşıb - 31850. Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Yanq Boyz" görüşünü 29620, Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Rudar" matçını 28854 nəfər izləyib.
Ən az azarkeş marağına səbəb olan oyun "İnter" - "Laçi" matçıdı. Avropa Liqasının I təsnifat mərhələsində baş tutan görüşdə stadiona 3000 nəfər toplaşıb.
№ | Oyun | Azarkeş |
1 | Qarabağ - Seltik | 31850 |
2 | Qarabağ - Yanq Boyz | 29620 |
3 | Qarabağ - Rudar | 28854 |
4 | Qəbələ - Panatinaikos | 10950 |
5 | Neftçi - Mladost | 9866 |
6 | Qəbələ - Apollon | 9500 |
7 | Qəbələ - Çukariçki | 8500 |
8 | Qəbələ - Dinamo | 4400 |
9 | İnter - Atletik | 4000 |
10 | İnter - Hafnarfyordur | 3500 |
11 | İnter - Laçi | 3000 |
Cəmi | 144040 |
Klublarımızın 11 səfər oyununu ümumilikdə 119350 nəfər izləyib. Bu da hər oyuna orta hesabla 10850 nəfərin toplaşması deməkdi.
Ən çoх marağa səbəb "Seltik" - "Qarabağ" görüşü olub - 43011 nəfər. "İnter"in "Atletik"lə səfərdə keçirdiyi oyunu 32823, "Qəbələ"nin "Panatinaikos"la qarşılaşmasını 13956 nəfər izləyib. Ən az azarkeş isə "Laçi" - "İnter" matçına baхıb - 850 nəfər.
Beləliklə, klublarımızın iştirakı ilə keçirilən 22 oyunu ümumiklikdə 263390 nəfər izləyib. Bu isə o deməkdi ki, hər oyunda stadiona orta hesabla 11972 nəfər toplaşıb.
№ | Oyun | Azarkeş |
1 | Seltik - Qarabağ | 43011 |
2 | Atletik - İnter | 32823 |
3 | Panatinaikos - Qəbələ | 13956 |
4 | Dinamo - Qəbələ | 7500 |
5 | Yanq Boyz - Qarabağ | 6700 |
6 | Apollon - Qəbələ | 4540 |
7 | Mladost - Neftçi | 4000 |
8 | Çukariçki - Qəbələ | 3550 |
9 | Rudar - Qarabağ | 1400 |
10 | Hafnarfyordur - İnter | 1020 |
11 | Laçi - İnter | 850 |
Cəmi | 119350 |
"Qarabağ"ın 3 ev oyununu ümumilikdə 90324 nəfər canlı izləyib (orta hesabla 30108). "Qəbələ"nin 4 ev oyununda bu göstərici 33350 (orta hesabla 8337), "İnter"in 3 oyununda 10500 (orta hesabla 3500) olub. "Neftçi"nin yeganə ev matçında isə stadiona 9866 nəfər toplaşıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol