Fransa çempionatında IV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" PSJ-nin qonağı olub.
Matç Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Monako"nun qapısına iki dəfə Edinson Kavani, bir dəfə Ezekuiel Lavezzi yol tapıb.
Qeyd edək ki, "Monako" 4 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.
Fanat.az