Yunanıstan çempionatında II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan PAOK səfərdə "Pas Qyannina" ilə qarşılaşıb.
Matç PAOK-un 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qəbələ"nin rəqibinin qoluna 90+2-ci dəqiqədə Migel Vitor imza atıb. 62-ci dəqiqədə Jairo qırmızı vərəqə aldığından PAOK alıqda qalıb.
Qeyd edək ki, 2 turda cəmi 1 xal toplamış PAOK 16 klub arasında 12-ci pilləni tutur.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol