Ötən gün Vaqif Cavadovu "Xəzər Lənkəran"dan, Fakundo Pereyranı PAOK-dan icarəyə götürən "Qəbələ" Derlis David Meza Kollini heyətinə qatıb. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb.
Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının “İnter” klubunun formasını geyinib. O, Topaz Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008, icarə əsasında), “Yannina” (2008-2009, icarə əsasında), “Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarına çıxış edib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol