"Qalatasaray" növbəti transferini açıqlayıb. Fanat.az хəbər verir ki, İstanbul klubu "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya"nın (Dortmund) üzvü Kevin Qrosskreutsi heyətinə qatıb.
Bu barədə "Qalatasaray" rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, transferə görə "Borussiya"ya 1,5 milyon avro ödəniləcək. Bundan başqa "Qalatasaray" 2015/16 mövsümündə Çempionlar Liqasına qatılsa alman klubuna 250 min avro verəcək.
Qrosskreutsin özü ilə 3 illik müqavilə imzalanıb. O, 2015/16 mövsümündə 1 milyon 850 min, 2016/17 və 2017/18 mövsümlərində 1 milyon 500 min avro maaş və 20 min avro matçbaşı alacaq.
Qeyd edək ki, "Borussiya" Kevini 2009-cu ildə "Rot Veyss Ahlen"dən transfer etmişdi. Bu müddətdə 27 yaşlı yarımmüdafiəçisi Dortmund klubunun A komandasında 236 oyun keçirib və 27 qol vurub. O, Almaniyanın A millisində 5 oyuna çıхıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol