"Qarabağ" yeni transferləri ilə bağlı rəsmi açıaqlama yayıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu 2 futbolçu transfer etdiyini açıqlayıb.
"Qarabağ"ın ilk transferi Samuel Kristian Nunez Jansson Armenterosdu. 25 yaşlı futbolçu son klubu Hollandiya Erediviziya təmsilçisi "Villem II" olsa da, "Anderlext"ə məxsusdu. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasında 29 oyunda 11 qol vurub. O, daha öncə "Feyenoord"un da formasına geyinib.
"Qarabağ"ın digər transferi isə Migel Markos Maderadı. İspaniyalı yarımmüdafiəçinin sonuncu klubu "Makkabi" (Hayfa) olub. Karyerasına "Sportinq"də (İspaniya) başlayan 29 yaşlı futbolçunun "Birmingem"in ardından AEK-ə keçib. Karyerasının ən yaxşı dönəmi isə ölkəsində "Xetafe"də keçirib. 3 il La Liqada oynayan Miçel ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib.
Hər 2 futbolçuyla 2 illik müqavilə bağlanılıb. Adı çəkilən futbolçuların adları Avropa Liqasına göndərilmiş siyahıya salınıb.
"Qarabağ"ın açıqlamasında qeyd olunub ki, 3 cəbhədə mübarizə aparan komanda daha bir transferi reallaşdırmaq ərəfəsindədi. Ağdam klubu Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, tərəflərdən asılı olmayan səbəblərdən dolayı transfer gecikir. Amma Dimitrovskiylə müqavilə bağlanacağı istisna deyil.
Fanat.az