"Artıq 10 gündü ki, bir yerdəyik. Biz bilirik ki, sabah bizi çətin oyun gözləyir. Biz bu matça hazırıq". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Xorvat mütəxəssis sabah Xorvatiya ilə baş tutacaq oyundan əvvəl mətbuat konfransı keçirib: "Komandanın məşq prosesindən razı qalmışam. Rəqibdən çəkinmirik. Mən başa düşə bilmirəm ki, hər mətbuat konfransında Nurlan Novruzovdan mənə niyə sual verilir. Siz Mancukiçin, Rakitiçin və Modriçin hansı klublarda oynadığını bilirsiniz? Mən sadəcə Nurlanı çağırıb onu sınamaq istəyirdim. Əfran İsmayılovla bağlı problem var. Onunla bağlı qərarımı sonra verəcəyəm. Əzələsində problemlər vardı".
Daha sonra Prosineçki Osiyekdəki 0:6 hesablı məğlubiyyətdən danışıb: "O komanda ilə indiki arasında çox dəyişikliklər olub. Malta ilə ev, Norveçlə ev oyununda komanda fərqli oyun göstərib. Bu dəfə fərqli oyun olacaq. Yaxşı nəticəyə ümid bəsləyirik. Osiyekdəki matçda komanda çoxlu səhvlər edib. İndi isə komanda özündə daha çox top saxlamağı, topa nəzarət etməyi bacarır".
Prosineçki “Qəbələ” və “Qarabağ”ın oyunçuları milliyə yorğun qoşulublar. Bu amil sizin oyununuza təsir etməyəcək" sualına belə cavab verib: "Xeyr. Bunun mənim planıma heç bir təsiri olmayacaq. Oyunçular peşəkardılar. Vaxt var idi ki, bərpa olunsunlar. “Qəbələ” və “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmasından məmnunam. Bu, Azərbaycan futbolunun xeyrinədi".
Fanat.az