"Azerinşaatservis Ltd"in himayəsinə verilən "Kəpəz"in hələ hazırlıqlara başlamaması və yeni baş məşqçisinə qovuşmaması gəncəli azarkeşləri ən çox narahat edən məqam idi. Amma bütün suallara sabah son qoyula bilər.
Fanat.az-ın əldə etdiyi məlumata görə, sabah AFFA-nın son İcraiyyə Komitəsinin iclasında Gəncə futbolu üzrə kurator təyin edilən İsgəndər Cavadov sabah Qərb şəhərinə yollanacaq. Özü də veteran futbolçu səfərə tək çıxmayacaq. Onunla birlikdə Rafiq Mirzəyev də Gəncəyə gedəcək. Mirzəyevin Qərb şəhərinə səfər etməsi onun "Kəpəz"in baş məşqçisi olacağını proqnozlaşdırmağa əsas verir.
Fanat.az