11:45 31.08.2013 726

"Ən böyük arzum "Xəzər Lənkəran"ın heyətində "Neftçi"yə qol vurmaqdı" - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın üzvü Elnur Cəfərov 17 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində qatıldığı Litvadadakı Palanqa turnirində "Ən yaxşı hücumçu" seçildi. Millimizin qələbələrində böyük pay sahibi olan gənc forvard dünən əvəzedicilərin çempionatında keçirilən V turun “Qəbələ” - “Xəzər Lənkəran” matçında da “Xəzər Lənkəran”ın ilk qolunun müəllifi oldu. Elnur klubun rəsmi saytına müsahibə verib.
 
- Elnur, futbola ilk gəlişin necə baş verdi?
- İlk dəfə futbolun sirrlərinə 9 yaşım olanda yiyələnmişəm. Lənkəran UGİM-in nəzdində Habil müəllimin məşqçiliyi altında futbolda ilk addımlarımı atdım. Daha sonra Teymur müəllim də püxtələşməyimə yardımçı olub. Lakin mənim üzərimdə böyük zəhməti olan müəllimim-məşqçim “Xəzər Lənkəran”da Məhərrəm Bağırov olub. Artıq 10 yaşımdan “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında çıxış edirəm. Düz 5 ildi “Xəzər Lənkəran”dayam. Doğma komandamızın mənim futbolçu kimi yetişməyimdə böyük payı və rolu var. Buna görə də klub rəhbərliyinə minnətdaram ki, hər bir futbolçunun böyük arzusu olan milli komandanın formasını daşımağa qədər yüksəlib istəyimə çatdım.
 
- Millidən söz düşmüşkən, neçə yaşından milliyə çağrılırsan?
- 14 yaşım olanda Azərbaycan millisinə çağrıldım. Amma məndən iki yaş böyük olan U-16-ya. Təbii ki, nə qədər çətin olsa da məndən yaşda böyüklərin arasında itib-batmadım və özümü göstərə bildim. Artıq U-17-nin şərəfini qoruyuram. Ümid edirəm bu templə davam edib əsas millimizin də şərəfini qoruyacağam.

- Bir neçə gün əvvəl başa çatan və Litvada keçirilmiş Palanqa turnirində də qollarını sıraladın və millimizin mükafatçılar sırasına düşməyində böyük pay sahibi oldun...
- Elədi! Amma qələbədə bütün komanda yoldaşlarımın payı var. Bu turnirdə “Ən yaxşı hücumçu” mükafatını aldım. Qollarımı da valideynlərimə və məni bu səviyyəyə çatdıran “Xəzər Lənkəran”a həsr edirəm.
 
- “Xəzər Lənkəran”ın əsas heyətində özündən yaşda böyük futbolçularla bir sırada olmaq, onlarla bir məşqlərdə iştirak etmək sənə çətinlik yaratmır ki?
- Açığı ilk günlər heç öyrəşə bilmirdim. Amma komanda yoldaşlarım mənə kiçik qardaşları kimi münasibət göstərib sıxılmağa qoymadı. Əsas komanda ilə xarici ölkələrdə toplanışlarda olmaq da yetişməyimdə, futbolçu kimi artırmağımda həlledici oldu. Söz yox ki, mən bu yerdə millimizin məşqçilərini də unutmuram.
 
- “Xəzər Lənkəran”da ən bəyəndiyin, örnək götürdüyün futbolçu kimdi?
- Rahid Əmirquliyev! Onu bir insan və futbolçu kimi çox bəyənirəm.
 
- Con Toşak kimi tanınmış bir məşqçi ilə çalışmaq necə duyğudu?
- Çox məsuliyyətli olmaq gərəkir. O, gənclərə inanan və yer verən məşqçidi. Mənə də tez-tez öz tövsiyyələrini verir. Çalışıram bütün tapşırıqlarını düzgün yerinə yetirib əsas komandada möhkəmlənim.
 
- Son olaraq ən böyük arzunu bilmək maraqlı olardı...
- Ən böyük arzum “Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə qol vurmaq, “Xəzər Lənkəran”ın əsas heyətində daimi çıxış etmək və buradan Avropaya gedib ölkəmizi layiqincə təmsil etməkdi.

lankaranfc.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

Facebookdan bizi izləməyi unutmayın.
X