Zaur Svanadze "Qəbələ" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi oyundan sonra bunları deyib:
"Çətin oyunda 3 xalı qazana bildik. İlk hissədə hesab 2:0 olarkən, çox çətin anlar yaşadıq. İkinci hissədə isə vəziyyəti bir qədər düzəltdik, daha çox hücumlar qurduq. Qələbə qazandığımız üçün çox şadam. Oyunçuları təbrik edirəm. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram. Hazırda əsas problem Rauf Əliyevin aldığı zədədi. Onun zədəsi ilə bağlı indi konkret danışa bilməyəcəyəm. Müayinədən sonra hər şey məlum olacaq".
Fanat.az