Topaz Premyer Liqasında IV tura yekun vurulub. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Əvvəlcə meydana "Sumqayıt"la "Zirə" çıxıb. "Kapital Bank Arena"da keçirilən oyunda hesab açılmayıb və görüş 0:0 hesabı ilə yekunlaşıb. Meydan sahiblərindən Aleksandr Çertoqanov 74-cü dəqiqədə meydandan qovulub.
Tura "Rəvan" - "Neftçi" matçı ilə yekun vurulub. "Bayıl Arena"dakı matçda hesabı 24-cü dəqiqədə Fəhmin Muradbəyli açıb. 40-cı dəqiqədə Rəhman Hacıyev "Neftçi"ni 2 top fərqi ilə önə keçirib. 55-ci dəqiqədə qonaqlardan Aylton Silva qırmızı vərəqə alıb. 70-ci dəqiqədə Nicat Muxtarov fərqi azaltsa da, 10 dəqiqə sonra Fəhmin Muradbəyli dubl edərək son nöqtəni qoyub. Beləliklə, "Neftçi" 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun 3 oyunu dünən keçirib. "Qarabağ" "Xəzər Lənkəran"ı, "Kəpəz" AZAL-ı 1:0, "İnter" isə "Qəbələ"ni 2:1 hesabı ilə yenib.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, IV tur
13 sentyabr
Sumqayıt - Zirə 0:0
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad (24. Amit Quluzadə, 77), 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 23. Tural Rzayev, 55. Ağabala Ramazanov (22. Tofiq Mikayılov, 90+1).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 20. Emil Həsənzadə, 77. Fuad Məmmədzadə.
Baş məşqçi: Aqil Məmmədov.
Zirə: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 2. Mbah Çimezi, 8. Tərzin Cahangirov, 9. Nelson Bonilla (7. Rihairo Meulens, 68), 10. İqor İvanoviç, 11. Viktor İbekoyi (32. Luis Alberto Diez, 53), 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə (90. Vüsal İsgəndərli, 85).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 23. Eltun Hüseynov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Sarı vərəqələr: Slavik Alxasov, 66 (qeyri-idman hərəkəti). Amit Quluzadə, 83 (qeyri-idman hərəkəti). Şahruddin Məhəmmədəliyev, 90+1 (qeyri-idman hərəkəti) - Viktor İbekoyi, 27 (qeyri-idman hərəkəti). Aleksandr Şemonayev, 40 (qeyri-idman hərəkəti). İqor İvanoviç, 55 (qeyri-idman hərəkəti). Çimezi Mbah, 60 (qeyri-idman hərəkəti). Rihairo Meulens, 86 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 74 (bilərəkdən rəqibin ayağına zərbə).
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məlik Həsənov.
"Kapital Bank Arena". 1500 tamaşaçı.
Rəvan - Neftçi 1:3
Qollar: Nicat Muxtarov, 70 - Fəhmin Muradbəyli, 24; 82. Rəhman Hacıyev, 40.
Rəvan: 32. Kostantin Maxnovski, 6. Vüqar Bəybalayev, 11. Şerif Suma, 13. Cəmşid Məhərrəmov, 17. Ramazan Abbasov (k), 18. Samuel Barlay, 21. Novruz Məmmədov, 22. Məhəmməd Alıyev, 92. Yamin Ağakərimzadə, 86. Fərid Quliyev, 99. Nicat Muxtarov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 7. Elvin Həsənəliyev, 10. Alibobo Raxmatullayev, 16. Orxan Lalayev, 19. Tural Qürbətov, 24. Elçin İsmayılov, 77. Cavad Kazımov.
Baş məşqçi: Samir Əliyev.
Neftçi: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 95. Elvin Bədəlov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 16. Əziz Quliyev, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov.
Baş məşqçi: Samir Əliyev.
Qırmızı vərəqə: Aylton Silva, 55.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Vüsal Əliyev.
“Bayıl Arena”. Saat 21:00.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 4 | 3 | 1 | 0 | 7-3 | 10 |
2 | İnter | 4 | 2 | 1 | 1 | 3-3 | 7 |
3 | Qəbələ | 4 | 2 | 1 | 1 | 6-4 | 7 |
4 | Neftçi | 4 | 2 | 1 | 1 | 5-3 | 7 |
5 | Zirə | 4 | 1 | 3 | 0 | 2-1 | 6 |
6 | Xəzər Lənkəran | 4 | 1 | 2 | 1 | 4-3 | 5 |
7 | Kəpəz | 4 | 1 | 2 | 1 | 2-2 | 5 |
8 | Sumqayıt | 4 | 0 | 3 | 1 | 2-3 | 3 |
9 | Rəvan | 4 | 0 | 2 | 2 | 3-6 | 2 |
10 | AZAL | 4 | 0 | 0 | 4 | 0-6 | 0 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Dieqo Martins (İnter), Aleksey Antonov (İnter), Rəhman Hacıyev (Neftçi), Fəhmin Muradbəyli (Neftçi) - 2. |
Fanat.az