"Qəbələ" daha iki transfer edib. Fanat.az хəbər verir ki, "qırmızı-qaralar" dünən "Xəzər Lənkəran"dan ayrılan Vüqar Nadirovla Ruslan Abışovu transfer edib.
Vüqar Nadirovla 2015-ci ilin sonunadək anlaşma əldə olunub. 28 yaşlı hücumçu “Qəbələ”yədək “Qarabağ” (2001-2005, 2009-2015), "Xəzər Lənkəran" (2005-2008), “Masallı” (2008) və “Karvan"da (2008-2009) çıxış edib. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Nadirov Azərbaycan milli komandasında 61 qarşılaşmada 4 qol vurub.
"Qəbələ" ötən mövsüm komandanın kapitanı olmuş Ruslan Abışov da mövsümün sonunadək müqavilə imzalayıb. 28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən "Xəzər Lənkəran"a keçmişdi. Bunadək Ruslan "Neftçi" (2006-2012), "Xəzər Lənkəran" (2012-2013), "Rubin" (Kazan, Rusiya) (2013-2015) və "Qəbələ"də (2014-2015) çıxış edib. Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol