AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın IV turunda qeyd alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Zirə" ilə oyunun 74-cü dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Aleksandr Çertoqanov 2 oyun cəzalandırılıb, klub 2000 manat cərimə olunub. "Zirə" isə 5 futbolçu sarı vərəqə aldığından 1000 manat cərimlənib.
"Rəvan"la oyunun 56-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan "Neftçi"nin futbolçusu Aylton Silva 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə edilib.
Fanat.az