"Qarabağ" Londona yola düşür. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Tottenhem"in qonağı olacaq komanda birbaşa İngiltərənin paytaxtına uçacaq.
"Qarabağ" saat 18.00-da Bakını tərk edəcək. Uçuş təxminən 5,5 saat davam edəcək.
Sabah komanda oyunun keçiriləcəyi "White Hart Lane" stadionunda yerli vaxtla 19.00-da məşqə çıxacaq. Buna qədər isə baş məşqçi Qurban Qurbanov və bir futbolçu meda mənsublarının suallarını cavablandıracaq.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" oyunu sentyabrın 17-dən 18-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00.05-də başlayacaq.
Fanat.az