Yunanıstan mətbuatı PAOK-un Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə səfər oyunu üçün start heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, yunan həmkarlarımız baş məşqçi İqor Tudorun ilk dəqiqələrdən bu futbolçuları meydana buraxacağını və 3-5-2 taktikasından yararlanacağını düşünürlər:
Robin Olsen - Migel Vitor, Rikardo Koşta, Giorgos Tsavellas - Dimitris Konstantinidis, Stelios Kitsiu, Aleksandros Tsiolis, Dimitris Pelkas, Erik Sabo - Robert Mak, Stefaons Atanasiadis.
Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması bu gün "Bakcell Arena"da baş tutacaq və saat 22.00-da start götürəcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol