Topaz Premyer Liqasında ilk 4 turdan sonra 6 xalla 5-ci sırada qərarlaşan “Zirə” daha bir futbolçu ilə güclənib. Fanat.az xəbər verir ki, braziliyalı Dieqo de Souza Qonçalves Qusmao debütantın sırasına qoşulub.
Dieqo "Zirə" ilə bir illik müqaviləyə imza atıb. Karyerası əsasən vətəni ilə bağlı olan Dieqo Souza azərbaycanlı futbolsevərlərə də çox tanışdı. Belə ki, yarımmüdafiəçi bir müddət “Xəzər Lənkəran”ın heyətində özünü ən yaxşı tərəfdən göstərib.
Qeyd edək ki, Dieqo yayda "Xəzər Lənkəran"la müqavilə imzalamışdı. Lənkəran klubu FIFA-nın avqustun 31-dən sonra transfer qadağasını ləbv edəcəyini gözləsə də, bu baş vermədi.
Fanat.az