Avropa Liqasının qrup mərhələsinə start verilib. Fanat.az хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən iki klubdan biri olan "Qəbələ" evdə meydana çıxıb.
Premyer Liqanın bürünc mükafatçısı Yunanıstanın PAOK klubunu qəbul edib. "Bakcell Arena"da baş tutan matçda hesab açılmayıb - 0:0. Qrupun digər oyununda Dortmunda "Borussiya"sı "Krasnodar"ı 2:1 hesabı ilə yenib.
Qeyd edək ki, tariхində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis), Serbiyanın "Çukariçki", Cənubi Kiprin "Apollon" və Yunanıstanın "Panatinaikos" klublarını mübarizədən kənarlaşdırıb. PAOK isə Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayaraq Xorvatiyanın "Lokomotiv", Slovakiyanın "Spartak" və Danimarkanın "Bröndbü" klublarını məğlub edib.
Avropa Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr
Qəbələ (Azərbaycan) - PAOK (Yunanıstan) 0:0
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 7. Ermin Zets (32. Fakundo Pereyra, 45), 9. Sergey Zenyov, 10. Dodo (k) (66. Samir Zərgərov, 83), 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 69. Aleksey Antonov, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.
PAOK: 25. Robin Olsen, 6. Aleksandros Tziolis, 11 Robert Mak, 15. Migel Vitor, 20. Rikardo Koşta, 24. Qarri Rodriqes, 31. Giorgos Tsavellas, 33. Stefanos Atanasiadis (k) (10. Dimitar Berbatov, 59), 52. Erik Sabo (9. Jayro,85), 70. Stelios Kitsiu, 77. Dimitris Pelkas (7. Eyal Qolasa, 76).
Ehtiyat oyunçular: 71. Panayotis Qlikos, 13. Stelios Malezas, 21. Xaris Xarisis, 22. Dimitris Konstantinidis.
Baş məşqçi: İqor Tudor.
Sarı vərəqələr: Dodo, 69. Aleksey Antonov, 90- Aleksandros Tziolis, 45.
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya).
Bakı. "Bakcell Arena".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol