Məlum olduğu kimi "Xəzər Lənkəran" yayda heyətinə qatdığı futbolçuları başqa klublara vermək məcburiyyətində qaldı. Belə ki, FIFA-nın kluba qoyduğu iki transferi üçün nəzərdə tutulmuş cəza avqustun 31-də başa çatdı. Klub rəhbərliyi həmin vaхtdan sonra müqaviləsi olmayan futbolçuları sifariş edə biləcəyini düşünürdü və bu səbəbdən heyətinə 7 oyunçu qatmışdı.
Amma transfxer pəncərəsi bağlandıqdan sonra FIFA "Xəzər Lənkəran"a yeni transferlərini sifariş etmək icasəsi vermədi. Qərarın dəyişdirilməsi üçün bir neçə cəhd edilsə də, ali futbol qurumu fikrindən dönmədi. İndi Lənkəran klubu məsələni İdman Arbitaj Məhkəməsi (CAS) səviyyəsində həll etmək niyyətindədi.
Hələ CAS qərarını verməsə də, artıq 7 xutbolçudan 5-i komandanı tərk edib. Vaqif Cavadov, Ruslan Abışov və Vüqar Nadirov "Qəbələ"yə, Rəşad Eyyubov "Kəpəz"ə, Dieqo Souza isə "Zirə"yə keçib. "Xəzər Lənkəran" Vaqifi qışa qədər icarəyə verib. "Qəbələ" Vüqarla yanvaradək müqavilə imzalayıb. Qalan 3 futbolçu isə yeni klubları ilə bir illik müqavilə bağlayıb.
Fanat.az-ın əldə etdiyi məlumata görə, bu futbolçular yanvarda yenidən komandaya dönə bilər. Belə ki, adıçəkilən futbolçular "Xəzər Lənkəran"dan getmək istəmirmiş. Amma karyeralarını düşünərək getmək qərarına gəliblər. Klub rəhbərliyi də onlara "istəsəniz qışda sizi geri qaytararıq" deyib. Bununla da tərəflər arasında şifahi razılıq əldə olunub. Beləliklə, həmin futbolçulardan kim istəsə qış transfer pəncərəsi dövründə geri dönəcək.
Fanat.az