Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda - "Bakcell Arena"da Yunanıstanın PAOK komandasını qəbul edəcək. Matç saat 22.00-da start götürəcək.
Fanat.az xəbər verir ki, "Qəbələ" İdman Klubu qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01.30-dək uzadəlması xahişi ilə müraciət edib. Müraciət müsbət cavablandırılıb. "Qəbələ" İdman Klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol