Topaz Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, FIFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən V turda meydançaya çıxmayacaq.
Odu ki, AZAL - “İnter” görüşündə İnqilab Məmmədov idarəçilik edəcək. Əliyar Ağayevi əlavə köməkçi kimi təyinat aldığı “Neftçi” - “Xəzər Lənkəran” görüşündə isə Fariz Yusifov əvəzləyəcək.
Fanat.az