Premyer Liqanın 2015/16 mövsümündə sarı vərəqə limitinə görə cəzalı duruma düşən ilk futbolçu müəyyənləşib. Fanat.az хəbər verir ki, bu "Rəvan"ın futbolçusu Samul Barlay olub.
Sierra Leonedən olan futbolçu "Zirə" ilə oyunda cəzalı duruma düşüb. Baş hakim Rauf Cabbarov matçın 11-ci dəqiqəsində sürüşmə fəndini düzgün yerinə yetirməyən Samuli sarı vərəqə ilə cəzalandırıb. 5 turda 4 "sarı" alan futbolçu bu səbəbdən VI turun "Qəbələ" ilə oyununu buraхacaq.
Qeyd edək ki, Barlay bundan əvvəl "Sumqayıt" (I tur), "Xəzər Lənkəran" (III tur) və "Neftçi" (IV tur) oyunlarda sarı vərəqə alıb.
Fanat.az