Qurban Qurbanov "Kəpəz"lə oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bunları deyib:
"İlk növbədə “Kəpəz”ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcək daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm.
Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki, “Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadı.
Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə əldə etdik".//pfl.az
Fanat.az