00:33 21.09.2015 508

Robert Prosineçki "Böyük oyun"dan narazı qaldı

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada V turun "Neftçi" - "Xəzər Lənkəran" matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Fanat.az xəbər verir ki, xorvat mütəxəssis oyundan razı qalmadığını bildirib:

- Biz bu oyunda mübarizə gördük. Amma deməzdim ki, keyfiyyətli oyuna da şahidlik etdik. Mübarizə var idi, amma keyfiyyət yox.

- Millidəki futbolçuların çıxışı sizi razı saldı?
- Rahid Əmirquliyev yeganə oyunçudur ki, əlindən gələni edir, mübarizə aparır, gözəl oyun sərgiləyir. Onun barəsində hər dəfə müsbət fikirdə oluram. Həqiqətən də peşəkardır. Araz Abdullayev pis deyildi. Ümidvaram ki, milli komandanın bütün futbolçuları formada qalacaqlar. Çünki oktyabrın 10-da bizi İtaliya ilə vacib ev oyunu gözləyir. Onların yığmaya da yaxşı formada gələcəklərinə inanıram.

- Hər iki komandada yetərincə gənc futbolçu çıxış edirdi. Onlardan bəyəndikləriniz oldu?
- Gənc, yaxşı formada olan oyunçular var. Amma Premyer Liqadakı qarşılaşmadan sonra 21 yaşadək yığmanın heyətində onların almaniyalı həmyaşıdlarına qarşı çıxışını izləyirəm. Həmin gənc oyunçular 0:3 hesabı ilə uduzurlar. Amma hesab 0:5 də ola bilərdi. Yaxud Avstriya ilə qarşılaşmaya baxıram. 0:2 hesabı ilə uduzuruq. Hər iki qarşılaşmada "Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov çıxış etsə də, rəqib qapısına bir zərbə də vura bilmədi. Yəni, çempionat başqadır, amma müqayisəni güclü ölkələrlə keçirilən oyunlarla aparaq. Belə qarşılaşmalara baxanda görürük ki, gənclər bacarıqlarını tam göstərə bilmirlər. Gənclər xoşuma gəlir, amma qarşıda İtaliya ilə oyunun olduğunu nəzərə alaraq, deyə bilərəm ki, onlar üçün hələ tezdir.

- Bəs tribunada yalnız bir komanda azarkeşinin olması sizdə necə təsir bağışladı?
- (gülür) İstərdim ki, tribunalar dolu olsun, "Xəzər Lənkəran" azarkeşləri də yer alsın. Təəssüflər olsun ki, belə deyildi. Bu, futbolun xeyrinə deyil. İstərdim ki, tribunalarda hər iki komanda azarkeşləri olsun və tribunalar dolsun. Təəssüf ki, "Qəbələ" - PAOK matçında da, Azərbaycan - Xorvatiya qarşılaşmasında da tribunalar dolu deyildi. "Qəbələ"nin də, "Qarabağ"ın da, Azərbaycan millisinin də Avropa miqyaslı oyunlarında kifayət qədər azarkeş olacaq və bu qarşılaşmaları onlar maraqla izləyəcəklər.//"Report"

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

Facebookdan bizi izləməyi unutmayın.
X