Aqil Məmmədov "Qəbələ" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi bunları deyib:
"Biz "Qəbələ"nin gücünə, səviyyəsinə bələdik. Odu ki, bu gün əks-hücumlara bel bağladıq. Düşünürəm ki, qol epizodları yarada bildik, rəqibə boşluq vermədik. Futbolçularım meydançada yaxşı mübarizə apardılar. Biz bu oyunu qalib başa vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Bütün bunlara baxmayaraq, futbolçulardan razıyam".
Fanat.az