Rusiya Premyer Liqasında IX tura yekun vurulub. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Krasnodar" "Ural"ın qonağı olub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Krasnodar"ın yeganə qoluna 32-ci dəqiqədə Adil Əhmədov imza atıb.
Qeyd edək ki, "Qəbələ"nin rəqibi 9 turdan sonra 12 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az