20:38 22.09.2015 522

"Müşahidə Şurası "Qəbələ"də də gec-tez yaradılacaq"

"Deməzdim ki, "Qarabağ"da Müşahidə Şurası yoxdu. Bu, Ağdam klubunda qeyri-rəsmi formadadı. Onların hər oyununa klub rəhbərliyindən 4-5 nəfər gəlir". Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 

Federasiya rəsmisi bildirib ki, hazırda "Qarabağ" rəhbərliyində Müşahidə Şurası kağız üzərində yox, əməli fəaliyyət göstərir: "Tahir Gözəl klub prezidenti kimi birbaşa "Qarabağ"ın inkişafı ilə məşğuldu. Baş məşqçi Qurban Qurbanovun klubda söz deməyə gücü var. Baş direktor Əmrah Çəlikəlin də səsi var. Fevzihan Aras vitse-prezident kimi sözünü deyir. Bunlar elə Müşahidə Şurası deməkdi. Ola bilər ki, Şura kağız üzərində olmasın. Ancaq işdə görünür. Biz görürük ki, "Qarabağ"ın oyununda onların "skybox"unda rəhbərlikdən 7-8 nəfər olur və onların da qərar qəbulunda səsləri var". 

Baş katib Müşahidə Şurasının yaradılma məsələsini "Qəbələ" klubu ilə müzakirə etdiklərini də açıqlayıb. Onun fikrincə, "qırmızı-qaralar" gec-tez bu Şuranı yaradacaqlar: "Biz Müşahidə Şurasının yaradılmasını əvvəlcə tövsiyə etdik, sonra dedik ki, mütləq olmalıdı və vaxt verdik. Mütəmadi olaraq klublarla danışırıq, bildiririk ki, bu vacibdi. Bir gün istər-istəməz "Qəbələ" də bunu edəcək. Çünki bu, AFFA İcraiyyə Komitəsinin qərarıdı. Müsbət və ya mənfi nəticənin Müşahidə Şurasına aidiyyəti yoxdu. Çünki bu klublar illərlə vəsait sərf edirlər". 

"Qəbələ"də vəsaitin çox düzgün istiqamətdə xərcləndiyini bildirən Məmmədov infrastruktura diqqətdən başlanan işlərin artıq nəticə verməyə başladığını bildirib: "Bəli, çətinliklər oldu, bir məşqçi getdi, yenisi gəldi, eksperimentlər aparıldı. Sonda baş məşqçini, futbolçuları tapdılar və nəticələr əldə olundu. O demək deyil ki, Müşahidə Şurası olsaydı, bunlar daha yaxşı nəticə göstərər və ya daha pis çıxış edərdilər. Müşahidə Şurası kollektiv idarəetmə sistemidi və bu, hər yerdə var. Bütün inkişaf edən strukturlarda bu sistem var. Bu rəhbər şəxsə qərar qəbul etməyə kömək edir və iş bölgüsü yaradır. AFFA-da da İcraiyyə Komitəsi var. Biz bunu etməsəydik, deyə bilərdik ki, nəyə görə başqalarına tətbiq etməliyik?"

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X