Zaur Svanadze "Kəpəz"lə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi oyundan sonra bunları deyib:
"Bu bizim ən çətin oyunumuz idi. Hətta avrokuboklarda bizə belə çətin deyildi. Sevinirəm ki, qələbə qazandıq. İlk hissədə çox pis oynadıq. İkinci hissədə toparlanıb, daha yaxşı çıxış etdik. "Qarabağ"la çətin oyun öncəsi Dieqonun qırmızı vərəqə alması yaxşı hal deyil. "Kəpəz" çox gözəl çıxış etdi. Onlara uğurlar arzulayıram".//pfl.az
Fanat.az