Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana qayıdıb. Fanat.az xəbər verir ki, I divizionun başlanmasına az vaxt qalmış heyətini daha bir yerli futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi son mövsümü “Qarabağ”da keçirən Bəxtiyar Soltanovu sıralarına qatıb.
Naxçıvana gələn Bəxtiyarla artıq müqavilə bağlanılıb. Soltanovun bu mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitdiyindən “Rəvan”la anlaşmışdı. Lakin Vladislav Qədirovun “Rəvan”ın “sükanı arxası"na gətirilməsindən sonra komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün tər tökəcək.
Fanat.az