20:54 26.09.2015 711

"Azərsun Arena"da ilk oyun "sülh"lə bitdi

Topaz Premyer Liqasında VI turun oyunları davam etdirilib. Fanat.az хəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutub.

Turun əsas oyunu "Qarabağ"la "Neftçi" arasında keçirilib. Bütün çempionatların iştirakçısı olan komandaların görüşü "Azərsun Arena"da baş tutub. Bu "Qarabağ"ın yeni stadionunda ilk matç olub. Arenadakı ilk matçda qalib müəyyənləşməyib - 1:1. Hesabı 61-ci dəqiqədə Erik Ramos açıb. "Qarabağ" buna 90+1-ci dəqiqədə Riçard Almeydanın qolu ilə cavab verib. Braziliyalı penaltini dəqiq yerinə yetirib.

Bu çempionatda 61-ci Azərbaycan derbisi olub. İndiyədək baş tutan matçlarda "Qarabağ" 20, "Neftçi" 17 qələbə qazanıb, 24 qarşılaşma "sülh"lə başa çatıb. Ağdam klubunun 60 qoluna Bakı təmsilçisi 58 dəfə cavab verə bilib. "Qarabağ" son 9 qarşılaşmada "Neftçi"yə uduzmayıb. "Ağ-qaralar" bu oyunlarda cəmi 4 хal qazana bilib. "Qarabağ"ın son 6 oyununun 5-də hər iki komanda qol vurub.

Qeyd edək ki, bu gün turun daha bir oyunu keçiriləcək və "Sumqayıt" - AZAL-ı qəbul edib. Bu matç da eyni hesabla başa çatıb - 1:1. Dünən baş tutan iki oyunda "İnter" "Kəpəz"i 1:0, "Qəbələ" "Rəvan"ı 3:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "Zirə" görüşü ilə yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, VI tur

26 sentyabr
Qarabağ - Neftçi 1:1
Qollar: Riçard Almeyda, 90-1pen - Erik Ramos, 61.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (10. Dani Quintana, 60), 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (67. Əl Hərbi Əl Jadeyui, 75), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros (11. Elvin Məmmədov, 60), 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k) (11. Ruslan Qurbanov, 10//21. Samir Məsimov, 78), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev (18. Kaue da Silva, 90+2), 19. Fəhmin Muradbəyli, 20. Anete, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.
Sarı vərəqələr: Dani Quintana, 70 (qeyri-idman hərəkəti). Coşqun Diniyev, 89 (rəqibi bilərəkdən tutduğuna görə) - Erik Ramos, 23 (qeyri-idman hərəkəti). Ruslan Qurbanov, 42 (hakimi aldatmağa cəhd). Aqil Məmmədov, 73 (hakim qərarına etiraz). Samir Məsimov, 90 (qeyri-idman hərəkəti). Anete, 90+1 (hakim qərarına etiraz).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Suraxanı qəsəbə stadionu. 4000 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

6

4

2

0

11-6

14

2

İnter

6

4

1

1

5-3

13

3

Qəbələ

6

4

1

1

10-4

13

4

Neftçi

6

2

3

1

7-5

9

5

Zirə

5

2

3

0

4-2

9

6

Xəzər Lənkəran

5

1

3

1

5-4

6

7

Kəpəz

6

1

2

3

4-6

5

8

Sumqayıt

6

0

4

2

3-5

4

9

Rəvan

6

0

2

4

4-11

2

10

AZAL

6

0

1

5

1-8

1

Bombardirlər

Rahid Əmirquliyev (Xəzər Lənkəran), Dieqo Martins (İnter), Aleksey Qay (Qəbələ), Riçard Almeyda - 3.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X