"AFFA, PFL və klublar saytlara, eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz". Fanat.az xəbər verir ki, bu sözlər AFFA-nın bu gün rəsmi saytı vasitəsi ilə yaydığı məlumatda qeyd olunub.
Məluamtda bildirilir ki, "CBC Sport"dan başqa heç kimin oyunlar zamanı çəkiliş aparmağa icazəsi yoxdu: "Nəzərinizə çatdırırıq ki, oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdu. Digər televizya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar. AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahiş edirik ki, Topaz Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etsinlər. Anlayışınız üçün təşəkkür edirik".
Qeyd edək ki, Topaz Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən “CBC Sport” telekanalına satılıb. “CBC Sport” 700 min manat ödəyərək Topaz Premyer Liqasının eksklüziv yayım hüququna yiyələnib.
Fanat.az