Bosniya və Hersoqovina millisinin heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Mehmed Bazdareviç AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Uels və Cənubi Kiprə qarşı keçirəcəkləri oyunlardan öncə təşkil olunacaq toplanışa 29 futbolçu dəvət edib.
Siyahıda Azərbaycanda oynayan iki futbolçu da var. Belə ki, Mehmed Bazdareviç "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zetsə dəvət göndərib.
Qeyd edək ki, İbrahim Şehiç indiyədək yığmanın heyətində 3 oyun keçirib. O, bu ayın əvvəlində Belçika və Andorra ilə oyunlara dəvət alsa da, ehtiyatda qalmışdı. Yığmada keçirdiyi 10 oyunda 1 qola imza atan Ermin Zets isə Andorraya qarşı 90 dəqiqə oynasa da, Belçika matçında ehtiyatda qalmışdı.
Fanat.az