23:31 28.09.2015 595

"İdman Azərbaycan"dan Elxan Məmmədova ağır sözlər

AFFA və PFL-in Premyer Liqanın oyunlarında çempionatın yayım hüququna malik "CBC Sport"dan başqa heç bir telekanalın çəkiliş apara bilməyəcəyi ilə bağlı bəyanatına "İdman Azərbaycan" telekanalında sərt cavab gəlib. Fanat.az xəbər verir ki, telekanal bununla bağlı rəsmi "Facebook" hesabında bəyanat yayıb:


AFFA-nın baş katibi teleməkanı futbolsuz qoymaq istəyir


Hər həftənin bazar ertəsi olduğu kimi bu gün də "İdman Azərbaycan" telekanalında Azərbaycan çempionatına həsr olunmuş “Premyer Liqa” verilişi yayımlanmalıydı. Ancaq veriliş bu gün efirə getməyəcək. Səbəb isə çempionatın oyunlarının görüntülərini telekanala təmənnasız verən Peşəkar Futbol Liqasının bundan imtina etməsidir. 


Əslində burada PFL-in də günahı yoxdur. Çünki onlara da necə deyərlər AFFA-nın “yuxarı dairələrindən” belə bir tapşırıq verilib ki, çempionatın oyunlarının görüntüləri heç bir kanala verilməsin. Səbəb kimi AFFA özünün yaratdığı "CBC Sport" telekanalının yayım hüququna sahib olmasını göstərir. Yəni görüntülər ancaq bu telekanaldan xüsusi razılıqla alınmalıdır. 


Əlbəttə hüquqi cəhətdən telekanalın buna tam haqqı çatır. Ancaq digər tərəfdən Azərbaycanda futbolun hələ o dərəcədə inkişaf etmədiyini, bu idman növünün təbliği üçün ölkə mediasının xüsusilə də televiziya kanallarının rolunu nəzərə alsaq bu qərar absurd görünür. Çünki hazırkı vəziyyətdə futbolun inkişafını istəyiriksə, çempionatın təbliğinin normal getməsini təmin etmək üçün AFFA oyunların görüntülərinin də bütün teleməkanda yayımlanmasını təmin etməlidir. Əslində bu onların borcudur. 


Ancaq futbolun inkişafı ilə bağlı dövlət proqramının müddəalarını belə qulaqardına vuran AFFA, xüsusilə də baş katib Elxan Məmmədov öz istəyi ilə yaratdığı kanalı populyarlaşdırmaq və ən əsası Azərbaycan futbolu ilə bağlı hər şeyi öz monopoliyasında saxlamaq üçün belə bir göstəriş verib. Guya indi hansısa Azərbaycan kanalı müəyyən vəsait ödəyib görüntüləri alacaq? Bu isə ən imkanlı kanalımız üçün belə məqbul sayıla bilməz. Çünki heç bir reytinqi olmayan çempionaata görə vəsait xərcləməkdənsə, hansısa reytinqli başqa bir yarışı göstərmək daha məqsədəuyğundur. Azərbaycanda əvvəllər belə təcrübədən istifadə etmək istəyən telekanallar olub. Ancaq ideyanın iflasa uğradığını görüncə bundan əl çəkiblər və çempionatın oyunları bütün telekanallar üçün açıq olub. 


Bəlkə də AFFA-nın baş katibi bu yeni qaydası ilə futbolumuza hansısa töhfə verəcəyini düşünür? Əsla. Bəs AFFA-nın futbolun təbliği ilə bağlı öhdəlikləri, prezidentin təsdiq etdiyi dövlət proqramının müddəalarını yerinə yetirmək? Bunlar necə olsun? Bütün bunlar üçün azarkeş kütləsi olmayan Azərbaycan çempionatının oyunlarının görüntülərini yayımlamağı qadağan etmək yox, əksinə bu görüntülərin bütün televiziya kanallarında getməsini təmin etmək, futbolun təbliğini gücləndirmək, Azərbaycan çempionatının populyarlaşmasını təmin etmək üçün futbolla bağlı verilişlərin kanallarda artmasını daha da artırmaq lazımdır. Nə yazıq ki, AFFA bunu etmək əvəzinə başqa yolu seçir. Ancaq dövlətin idman siyasətini daim təbliğ edən, Azərbaycan futbolunun indiyə qədər əsas təbliğatçısı olan "İdman Azərbaycan" kanalı çempionatın eksklüziv yayım hüququna sahib olduğu vaxtlarda heç vaxt çempionat görüntülərinin digər televiziyalarda yarımlanmasına qadağa qoymayıb. Hətta indi bu qadağanı qoyan əsas şəxs kimi baş katib özü hansısa kanalllara görüntülərin verilməsini "İdman Azəbaycan"ın rəhbərliyindən xahiş etmişdi. Çempionatı yayımlamaqla telekanalımızın əsas məqsədi də məhz ölkə futbolunun təbliği olub. Azərbaycan çempionatı ilə bağlı ilk və ən populyar verilişlərdən biri olan “Premyer Liqa” verilişi yayım hüqununa yiyələnməsək belə fəaliyyətini dayandırmadı və Premyer Liqamızın gedişatını, turla bağlı məqamları tamaşaçılara çatdırmağı özünə borc bildi. Ancaq görünür, çempionatımızla bağlı digər kanallarda verilişlərin efirə getməsi AFFA rəhbərliyinə sərf etmir. Çünki həmin verilişlərdə səslənən haqlı iradlar federasiyanın yalançı təbliğatını kölgədə qoyur. Ona görə azarkeşlər və tamaşaçılar bizi bağışlasın, “Premyer Liqa” verilişinin bu gün efirə getməməsinin əsas səbəbkarı AFFA və görüntülərin verilməməsi ilə bağlı gülünc qərarı verən federasiyanın baş katibi Elxan Məmmədovdur. 


Təəssüf ki, bəzən elə vəziyyət yaranır ki, şəxsi maraqlar tamaşaçı marağından üstün tutulur. Zərbə isə təbii ki, tamaşaçıya dəyir".


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

Facebookdan bizi izləməyi unutmayın.
X