Milli çempionatlarda növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibləri də ötən gün meydana çıхıb.
Dortmund "Borussiya"sı "Bavariya"nın qonağı olub. Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Borussiya"nın yeganə qoluna Pyerre-Emerik Aubameyanq imza atıb. "Qəbələ"nin rəqibi 8 turdan sonra 17 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
"Krasnodar" Rusiya Premyer Liqasında "Ufxa"nın qonağı olub. Oyun 1:1 hesabı ilə yekunlaşıb. 49-cu dəqiqədə hesabda geri düşən "Qəbələ"nin rəqibi iki dəqiqə sonra Pavel Mamayevin qoluna sevinib. "Krasnodar" 11 turdan sonra 14 хalla turnir cədvəlinin 9-cu pilləsini tutur.
Yunanıstanın PAOK klubu isə "Olimpiakos"u qəbul edib. Qonaq komanda meydandan 2:0 hesablı qələbə ilə ayrılıb. PAOK 6 turdan sonra 10 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının VII turunda "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə yenib.